BDU-nun Psixoloji yardım sektorunun “Oxu klubu”nda tələbələrlə görüş 

20/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun təşəbbüsü ilə yaradılan “Oxu klubu”nun bu dərs ilində tələbələrlə ilk görüşü keçirilib.

Klubun rəhbəri, psixoloq İlkanə Mənsumova “Oxu klubu”nun yaradılma məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, klub tələbələrdə kitab oxuma vərdişini gücləndirmək, düşünmə və təhlil bacarıqlarını inkişaf etdirmək, psixoloji və şəxsi inkişaf mövzularında maarifləndirməni təşviq etməyə xidmət göstərir.

Görüş zamanı iştirakçılarla oxu mədəniyyətinin insanın şəxsiyyətinin formalaşmasında, emosional zənginlik və sosial bacarıqların inkişafında rolu barədə müzakirələr aparılıb. Tələbələrə ilk müzakirə ediləcək ədəbiyyat təqdim olunub və növbəti görüş üçün tapşırıqlar verilib.

Qeyd olunub ki, “Oxu klubu” il ərzində həftəlik görüşlər təşkil edəcək. Hər görüşdə müxtəlif janr və mövzularda ədəbiyyatların birgə oxunması və müzakirəsi planlaşdırılır. Bununla yanaşı, tələbələrin fəal iştirakı, fikir mübadiləsi və yaradıcı düşüncə mühitinin formalaşdırılması da əsas məqsədlərdəndir.

 

Xəbərlər

BDU-nun dosenti Tariel Abbasov vəfat edib

BDU-nun dosenti Tariel Abbasov vəfat edib
10/06/2026

BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
10/06/2026

Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub

Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub
10/06/2026