BDU-nun Psixoloji yardım sektorunun “Oxu klubu”nda tələbələrlə növbəti görüş

24/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun nəzdində fəaliyyət göstərən “Oxu klubu”nda tələbələrlə növbəti görüş keçirilib.

Klub üzvləri Pulitzer və Nobel mükafatı laureatı, amerikalı məşhur yazıçı Con Steynbekin dostluq və fədakarlıq mövzularında dünya ədəbiyyatının incilərindən sayılan “Siçanlar və adamlar” əsərini təhlil ediblər. Klubun rəhbəri,  psixoloq İlkanə Mənsumova iştirakçılarla əsərin əsas mövzusu ətrafında sosial-psixoloji müzakirələr aparıb. Əsərdə müəllifin işıqlandırdığı tənhalıq problemi, ümid və mərhəmətin sərhədləri, obrazların xarakterləri təhlil edilib.

Tələbələrin maariflənməsi və şəxsi inkişaf səviyyəsinin artırılması məqsədilə növbəti görüş üçün tapşırıq verilib.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026