BDU-nun Qazax filialı onlayn imtahan sessiyasına tam hazırdır

12/06/2020

BDU-nun Qazax filialında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn formada şifahi keçiriləcəkdir. Karantin dövrünün xüsusiyyətlərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq imtahan sessiyasında tələbələrin öz bilik və bacarıqlarını göstərmələri üçün filialda bütün lazımi şərait yaradılmışdır. BDU Elmi Şurasının qərar əsasında filialda da mövcud şərait nəzərə alınaraq, hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlik nəzərə alınmaqla müvafiq qaydada azaldılaraq xeyli sadələşdirilmişdir. Onlayn imtahan sessiyasına ilə bağlı bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilmişdir.

Bakalavriat pilləsində təhsil alan 61 qrup (49 qrup əyani, 10 qrup qiyabi) və magistratura üzrə 2 qrupda  imtahanlar keçiriləcək. İmtahanlarda 1229 nəfər (onlardan bakalavr əyani 1098, bakalavr qiyabi 129, magistratura əyani 2 nəfər olmaqla) tələbə iştirak edəcək. Sessiya ərzində filialda ümumi olaraq 338 (bakalavr əyani 277, bakalavr qiyabi 51, magistratura əyani 10) imtahan olacaq.

İmtahanlar 16 iyun-10 iyul 2020-ci il tarixlərində həftəiçi hər gün 2 növbədə keçiriləcək.

Flialda onlayn imtahanların keçirilməsi üçün İmtahan Qərargahı və tələbə müraciətlərinin qısa müddətdə operativ şəkildə araşdırılması məqsədilə onlayn Apellyasiya Komissiyası yaradılmışdır.

Bütün tələbələrə imtahanlarda uğurlar arzulayırıq!

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026