BDU-nun Qazax filialında 1441 tələbə imtahan verir - VİDEO

08/01/2020

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. 2020-ci il yanvarın 7-dən 31-dək keçiriləcək imtahan sessiyası BDU rektorunun əmrinə müvafiq olaraq mövcud qaydalara uyğun təşkil edilib. Bakalvriat səviyyəsi üzrə əyani şöbədə 63 qrup, qiyabi şöbədə 10 qrup olmaqla 1437 tələbə, magistratura səviyyəsində isə 2 ixtisas üzrə təhsil alan 4 magistr imtahanlarda iştirak edir. Ümumilikdə sessiya müddətində 408 imtahan keçiriləcəkdir ki, bunlardan 351-i əyani, 44-ü qiyabi, 13-ü isə magistr imtahanlarıdır.
İmtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə  Qərargah və onun nəzdində Apellyasiya komissiyası yaradılıb. İmtahanlarla bağlı yarana biləcək istənilən məsələ ilə bağlı müvafiq olaraq Qərargaha və rəy qutusu vasitəsilə göndərilən bütün müraciətlərə operativ qaydada baxılacaqdır. Ümumiyyətlə, Filialda imtahan sessiyası müasir təhsil tələblərinə uyğun şəkildə təşkil edilib. 
Valideylər, mətbuat və ictimaiyyət nümayəndələri istədikləri vaxt imtahanların gedişini, nəticələrin yoxlanılması prosesini izləyə bilərlər.

VİDEO

 

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025