BDU-nun Qazax filialında 17 ixtisas üzrə 54 qrupda imtahanlar keçirilir

07/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.  

Sessiya ərzində 17 ixtisas üzrə 54 qrupda imtahanlar keçirilir. Bakalavriat səviyyəsi üzrə 1204, magistratura pilləsi üzrə isə 11 nəfər tələbə imtahanlarda iştirak edir. Sessiya ərzində əyani şöbə üzrə ümumiyyətlə 314 imtahanın keçirilməsi nəzərdə tutulub. İmtahanlar gün ərzində 2 növbədə keçirilir və başa çatdıqdan sonra onun nəticələri tələbələrə həmin gün elan olunur.

Filialda imtahanların şəffaf və obyektiv keçirilməsi üçün bütün şərait yaradılıb. İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah və Apelyasiya Komissiyası yaradılıb. Eyni zamanda, filialda “Qaynar xətt” də fəaliyyət göstərir.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur, tələbələri maraqlandıran sualları cavablandırır.

Filialda 2-3 iyun tarixlərində buraxılış kursu tələbələrinin dövlət imtahanları da keçirilib. 264 tələbə öz biliklərini sınayıb və imtahanları yüksək səviyyədə başa vurublar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov filialda olub, imtahanların gedişatı ilə maraqlanıb. Buraxılış imtahanlarında yüksək nəticə göstərən tələbələri imtahandan sonra qəbul edərək mükafatlandırıb.

Yaz sessiyası iyul ayının 1-dək davam edəcək.

 

Xəbərlər

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026