BDU-nun Qazax filialında 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir

02/03/2022

Bakı Dövlət Universitetinin Qazax filialında 1 Mart - Ümumdünya mülki müdafiə günü ilə əlaqədar tədbir keçirilib.

Filialın direktoru Arif Rüstəmov mülki müdafiənin məqsəd və vəzifələrindən, müharibə və dinc dövrdə oynadığı mühüm roldan söz açıb. Bildirib edib ki, bu günün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Mülki müdafiə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, təbliğat və təşviqat işlərinin aparılması olduqca mühüm əhəmiyyət kəsb edir.

İctimai və təbiət fənləri kafedrasının müəllimi Pəri Məmmədova “Təbii fəlakətlər və böhranlar  zamanı köçkün əhalinin mülki müdafiəsi  və idarə edilməsi” mövzusunda məruzə ilə çıxış edərək fövqəladə hallar zamanı insanların və ətraf mühitin mühafizəsi, təhlükəsizlik məsələləri barədə məlumat verib.

Filialın Mülki müdafiə qərargahının rəisi İlqar Nəbiyev fövqəladə hallar zamanı vətəndaşların üzərinə düşən vəzifələrdən, mülki müdafiə və pandemiya ilə bağlı filialda görülmüş işlərdən danışıb.

Filialın Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova isə pandemiyaya qarşı mübarizədə könüllülərin rolundan, onların Qazax rayonundakı ictimai fəaliyyətindən söz açıb.

Qazax Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini Azad Hümbətov mülki müdafiə sahəsində rayonda həyata keçirilən tədbirlər barədə məlumat verib.

Sonda Qazax rayonunda keçirilmiş mülki müdafiə tədbirlərini özündə əks etdirən film nümayiş olunub.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026