BDU-nun Qazax filialında 20 Yanvar faciəsinə həsr edilmiş dəyirmi masa

17/01/2023

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda  dəyirmi masa keçirilib.

Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU Qazax filialının direktoru Arif Rüstəmov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli terror aktıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Lakin bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Həmin tarixi günlərdə Moskvada yaşayan Ümummilli lider Heydər Əliyev Azərbaycan səfirliyinə gələrək baş vermiş qanlı cinayəti törədənləri kəskin tənqid edib. Bu qanlı faciəyə də yalnız Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə hüquqi-siyasi qiymət verilib və dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılması istiqamətində real addımlar atılıb.

Tədbirdə filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, professor Hüseyn Xəlilov, Riyaziyyat və informatika kafedrasının baş müəllimi Aygün Əliyeva çıxış edərək faciəsinin baş vermə səbəbləri barədə öz fikirlərini söyləyib, 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu qeyd ediblər.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025