BDU-nun Qazax filialında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş konfrans keçirilib

10/01/2020

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinin şəhidlərinə həsr olunmuş fotogüşə ilə tanış oldular. Filialın Heydər Əliyev auditoriyasında davam etdirilən konfrans şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Filialın direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciəyə hüquqi-siyasi qiymət yalnız Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə verildi və dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılması istiqamətində real addımlar atıldı. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Daha sonra İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova “20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda məruzə edib.

Məruzə ətrafında həmin kafedranın müdiri, dekan əvəzi Hamlet İlyasov və baş müəllim Mübariz Süleymanov, Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi Mustafa Mustafayev və müəllim Türkan Məmmədova, Tarix ixtisasının II kurs tələbəsi Ədilə Səfərzadə çıxış ediblər.

Xəbərlər

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib
30/09/2023

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"
29/09/2023

BDU-nun Kimya fakültəsində qazilərlə görüş

BDU-nun Kimya fakültəsində qazilərlə görüş
29/09/2023