BDU-nun Qazax filialında 20 Yanvar şəhidləri anılıb

11/01/2019

Bakı Dövlət Universitetinin Qazax filialında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Giriş sözü ilə çıxış edən filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov 20 Yanvar faciəsindən, onun xalqımızın qan yaddaşına əbədi həkk edilməsindən bəhs edib.

Dosent Arif Rüstəmov, filialin baş müəllimi Mübariz Süleymanov, AMEA-nın Folklor İnstitutunun baş elmi işçisi və Prezident yanında Bilik Fondunun koordinatoru filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova bu faciəni Azərbaycan tarixində dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndirib, ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi qiymət verməsindən, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olmasından danışıblar.

Sonra Qazax RİH Aparatının məsləhətçi-psixoloqu Kəmalə Cəfərova və filialın V kurs tələbəsi Güllü Qocayeva çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə dövlət qayğısından danışıblar.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, istefada olan mayor Mustafa Rasimoğlu şəhidlərə həsr etdiyi şeirlərini oxuyub və qısametrajlı film nümayiş olunub.

 

Elçin İSMAYIL,

BDU-nun Qazax filaının Mətbuat Xidmətinin rəhbəri

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024