BDU-nun Qazax filialında 28 May Respublika Günü qeyd olunub

26/05/2017

Bakı Dövlət Universitetinin Qazax filialında 28 May Respublika Günü münasibətilə tədbir keçirilib. Filialın akt zalında keçirilən tədbirdə müəllim və tələbələr iştirak edib. Filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd  Yusifov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

Filialın baş müəllimi Zeynəb Mustafayeva, müəllimlərdən Ülviyyə Bayramova, Hikmət Yusifov, tələbələrdən Aysel Kazımzadə, Xalid Əsədzadə və başqaları çıxış edərək qeyd ediblər ki, 70 il keçəndən sonra 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi  təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub
19/08/2026