BDU-nun Qazax filialında imtahan sessiyası başlayıb

03/01/2019

Bakı Dövlət Universitetinin Qazax filialında 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Bununla əlaqədar olaraq, əvvəlcədən lazımi hazırlıq işləri görülüb, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Yanvar ayının 3-dən start götürən imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah yaradılıb. Qəragahın nəzdində  «Qaynar xətt» fəaliyyət göstərir.

Filialda 17 ixtisas üzrə 39 qrupda imtahan keçirilir, 1085 tələbə iştirak edir. İmtahanların gedişinə nəzarət etmək üçün koordinatorlar təyin olunub.

Yanvar ayının 31-dək davam edəcək  payız semetri ərzində tələbələrin 229 imtahan verməsi nəzərdə tutulub.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialı,

Mətbuat xidmətinin rəhbəri

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026