BDU-nun Qazax filialında Anım Günü qeyd olunub

27/09/2023

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 27 sentyabr 2020-ci il tarixdən təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əks-hücum əməliyyatları ilə Vətən müharibəsinin başlanıldığını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgər və zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində parlaq Qələbə qazandığını bildiriblər.

Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimləri Mübariz Süleymanov, Ülviyyə Bayramova, tələbələrdən Könül Butayeva, Mirabbasağa Abbaslı çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin Azərbaycan xalqını bütün dünyaya qəhrəman xalq kimi tanıtdığını qeyd ediblər.

Sonda Vətən müharibəsində tarixi zəfərə həsr olunmuş videoçarx nümayiş olunub.

Xəbərlər

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026