BDU-nun Qazax filialında Azərbaycan İlahiyyat İnstitutu ilə görüş keçirilib

03/05/2019

Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan İlahiyyat İnstitutu maarifləndirici xarakterli görüş keçirilib. 2019-2020-ci tədris ili üzrə instituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirən kollektiv filialın qonağı olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş çıxış edərək Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Аzərbаycаn elminin inkişafında ulu öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirərək ümummilli liderin layiqli davamçısı İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam etdirdiyini qeyd edib.

Filialın direktoru dosent Arif Rüstəmov tədbirdə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələri davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə icra olunan dövlət proqramları təhsil sisteminin inkişafına, uğurlu nəticələrin qazanılmasına xidmət göstərir.

Azərbaycan İlahoyyat İnstitutunun(Aİİ) rektoru Ceyhun Məmmədov institut haqqında məlumat verərək ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını bildirib. Qeyd edib ki, institut Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə yaradılıb.

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov, magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar və keçirilən fənlər haqqında geniş məlumat veriblər. Çıxışlarda qeyd edilib ki, instituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə tam təmin olunacaq, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacaq, tələbələr ödənişsiz geyim və yeməklə təmin ediləcəklər.

Görüşdə institutun fəaliyyətini əks etdirən tanıtım videoçarxı nümayiş etdirilib.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri.

Xəbərlər

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
14/05/2026

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
14/05/2026