BDU-nun Qazax filialında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

30/03/2018

Bakı Dövlət Universitetinin Qazax filialında  erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 mart soyqırımının 100-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə filialın professor və müəllim heyəti, tələbələr və KİV nümayəndələri iştirak edib.

Filialın direktoru, professor, Əməkdar elm xadimi Vüsət Əfəndiyev giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyəti haqqında danışıb, iştirakçılara 31 Mart soyqırımı haqqında ətraflı məlumat verib. 1918-ci ildə həyata keçirilən qanlı cinayətin baş verdiyi tarixi şəraiti və onun səbəbləri haqqında geniş söz açaraq ermənilərin azərbaycanlılara, yerli dinc əhaliyə qarşı əsrlər boyu törətdikləri vandalizmin miqyası və dəhşətləri barədə danışıb.  O, ulu öndər Heydər Əliyev tərəfindən hadisələrə obyektiv qiymət verildiyini, ümummilli liderin 1998-ci ildə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi haqqında Fərman imzaladığını xatırladıb.  Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamını diqqətə çatdırıb.

Tədbirdə erməni vəhşiliklərindən bəhs edən video-çarx nümayiş etdirilib.

Sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Filialın İctimai və təbiət fənləri kafedrasının müəllimi Yasin Əliyev “Mart soyqırımının ictimai-siyasi səbəbləri və nəticələri” mövzusunda məruzə ilə çıxış edərək erməni millətçilərinin qanlı cinayətlərinin gənclərə çatdırılmasını, onlarda milli özünüdərkin formalaşmasına xüsusi önəm verilməsini vurğulayıb.

İctimai və təbiət fənləri kafedrasının müəllimi Ülviyyə Bayramova “Cənubi Azərbaycanda 1918-ci il qırğınları”, riyaziyyat və informatika müəllimliyi ixtisasının I kurs tələbəsi Səbinə Səlimova  “31 Mart soyqırımı – gənclərin öyrənməli və yadda saxlamalı olduğu tarix” mövzularında çıxış ediblər.

Filialın direktoru, professor, Əməkdar elm xadimi Vüsət Əfəndiyev tədbirə yekun vuraraq tariximizin qan yaddaşına çevrilən 31 mart hadisələrinin xalqımız tərəfindən heç vaxt unudulmayacağına əminliyini bldirib.

ELÇİN İSMAYIL,

BDU-nun Qazax filialında Mətbuat Xidmətinin rəhbəri

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024