BDU-nun Qazax filialında Azərbaycanlıların Soyqırımı Gününə dair konfrans keçirilib

31/03/2022

Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Tədbir iştirakçıları filialın foyesində 31 Mart soyqırımına həsr olunmuş fotosərgi ilə tanış olduqdan sonra konfrans öz işinə başlayıb. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 200 ildən bəri ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin, soyqırımının tarixi, səbəbləri barədə danışıb. Bildirib ki, 1918-ci il 30 mart - 3 aprel tarixlərində Bakı, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzurda Bakı Sovetinin rəhbərliyi ilə 10 minlik daşnak-erməni silahlısı azərbaycanlılara qarşı dəhşətli genosid həyata keçirib. Üç gün davam edən qırğın zamanı 50 mindən çox azərbaycanlı qətlə yetirilib, minlərlə insan öz torpaqlarından qovulub, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

BDU-nun Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxışında bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımına hüquqi-siyasi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb, martın 31-i "Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Sonra soyqırıma həsr olunmuş slayd nümayiş etdirilib.

İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov “Məkrli erməni siyasəti. Mart soyqırımı” mövzusunda məruzə ilə çıxış edib. İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimləri Türkan Məmmədova və Əfranə Həsənli, filialın Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova konfransda çıxış edərək xalqımızın məğrurluğunu, tarixinə sahib çıxan xalq olduğunu 44 günlük Vətən müharibəsində bir daha sübut etdiyini bildiriblər.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024