BDU-nun Qazax filialında imtahanlar obyektiv və şəffaf şəraitdə keçirilir

10/01/2019

Bakı Dövlət Universitetinin Qazax filialında 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Bununla bağlı əvvəlcədən lazımi hazırlıq işləri görülüb, nəzarətçi müəllim-koordinatorların bölgüsü  aparılıb, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradılıb.

Yanvar ayının 3-dən start götürən imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah yaradılıb. Qəragahın nəzdində fəaliyyət göstərən  «Qaynar xətt»ə daxil olan müraciətlər Qərargah üzvləri tərəfindən dərhal araşdırılır. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib.
BDU-nun rəsmi nümayəndəsi, dosent Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur, tələbələri maraqlandıran sualları cavablandırır, onların qarşılaşdığı hər hansı bir problemin olub-olmaması ilə maraqlanır.

Filialda 17 ixtisas üzrə 39 qrupda imtahan keçirilir. Payız semetri ərzində tələbələrin 229 imtahan verməsi nəzərdə tutulub. Semetrdə 1085 tələbə iştirak edir.

Sessiya yanvar ayının 31-dək davam edəcəkdir.

Elçin İSMAYIL,
BDU-nun Qazax filialında Mətbuat Mərkəzinin rəhbəri.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026