BDU-nun Qazax filialında keçirilmiş beynəlxalq elmi konfransın materialları kitab şəklində nəşr olunub

07/11/2019

Prezident İlham Əliyevin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı 3 noyabr 2018-ci il tarixli 642 nömrəli Sərəncama əsasən respublikamızda müxtəlif tədbirlər keçirilib, Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr vermiş bu təhsil ocağının rolu və əhəmiyyəti qeyd olunub.

Həmin tədbirlərin davamı olaraq 25 may 2019-cu il tarixində Qazaxda Seminariyanın 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konftans keçirilib. Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanda təhsilin və elmin müasir problemləri, elm-təhsil siyasətinin inkişafı, Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsinin səbəbləri və s. məsələlərdən danışılıb. "Azərbaycan elminin və təhsilinin müasir problemləri” mövzusunda reallaşan konfransın işində Türkiyədən, Borçalıdan, Bakı, Gəncə, Mingəçevir, Şəki, eləcə də respublikamızın müxtəlif bölgələrindən olan elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Konfransda 60-dan artıq məruzə dinlənilib. Bu günlərdə həmin konfransın materialları kitab nəşr olunub. Kitabın titul vərəqində Ölkə Başçısının məlum fərmanı çap olunub. Kitab Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təbrik nitqi ilə başlayıb. Sonra AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun “Təhsilimizdə tarixi ənənə və müasirlik” adlı açılış məruzəsi yer alıb. Kitabda BDU-nun Qazax filialının direktoru Arif Rüstəmovun giriş nitqi oxuculara təqdim olunub. Eyni zamanda,  ADU-nun dosenti Misgər Məmmədovun elmi məqaləsi də maraqla oxunur.

Kitabda BDU-nun Qazax filialının professoru Hüseyn Xəlilovun, Gəncə Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Xəlil Yusiflinin, AMEA-nın Folklor İnstitutunun professoru Cəlal Qasımovun, Ərdahan Univesitetinin professoru Ərdoğan Altınkaymakın, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin professoru Mahmud Kamaloğlunun, Edebiyyat Sanat ve Sanatçılar Dernegi Başkanı, professor Sahamettin Kuzucuların, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımovun,  BDU-nun professoru Vaqif Sultanlının, eyni zamanda, AMEA-nın Folklor İnstitutunun professoru Almaz Həsənovanın, dosent və fəlsəfə doktorlarının elmi məqalələri çap olunub.

Qori və Qazax Müəllimlər Seminariyalarının tarixinə işıq salan, Azərbaycan elminin və təhsilinin müasir problemlərini işıqlandıran, tarixi faktlar və elmi tədqiqatlarla zəngin olan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024