BDU-nun Qazax filialında Milli Qəhrəman Alı Mustafayevin yubileyi keçirilib

15/04/2022

Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Əməkdar jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə filialın professor-müəllim heyəti, tələbələr, Milli Qəhrəmanın ailə üzvləri, qazilər və şəhid ailələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Milli Qəhrəman, şəhid jurnalist Alı Mustafayevin şərəfli həyat yolu və mətbuatdakı fəaliyyəti barədə danışıb.

Sonra Prezidentin sərəncamı ilə Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən Alı Mustafayevə həsr olunmuş “Alı zirvəsi” adlı sənədli film nümayiş edilib.

Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, filologiya üzrə elmlər doktoru Valeh Nəsibli, filialın baş müəllimi Mustafa Mustafayev, filmin rejissoru, Milli Kino Mərkəzinin rəhbəri Kəmalə Musazadə çıxış edərək Milli Qəhrəmanın nəsillərə örnək olan ömür yolundan və poetik yaradıcılığından söhbət açıblar.

Alı Mustafayevin bacısı Nazlı Yaqubova yubiley tədbirini keçirdikləri üçün tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbirdə filialın tələbələri Alı Mustafayevin şeirlərini səsləndiriblər.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026