BDU-nun Qazax filialında Milli Qurtuluş Günü qeyd edilib

12/06/2019

Bakı Dövlət Universitetinin Qazax filialında 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor və müəllim heyəti, tələbələr iştirak edib.

Filialın direktoru Arif Rüstəmov tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki,  xalqımız dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunduğu mühüm tarixi hadisənin -  Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsinin növbəti ildönümünü böyük bayram əhval-ruhiyyəsi ilə qeyd edir. A.Rüstəmov Ulu Öndərin sağlam təməllər üzərində qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın  iqtisadi inkişafına görə dünyada inkişaf etmiş dövlətlər sırasında olduğunu bildirib.

Filialın ictimai və təbiət fənləri kafedrasının müəllimi Zeynəb Mustafayeva öz məruzəsində 15 İyun 1993-cü ilin Azərbaycan dövlətinin və xalqının tarixində ən mühüm tarixi hadisə olduğunu qeyd edib.

Müəllimlərdən Ülviyyə Bayramova, Türkan Məmmədova, tələbələrdən Tərlan Əlizadə çıxış edərək Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə respublikada vətəndaş müharibəsinin qarşısının alındığını, dövlətimizin ərazisinin parçalanması təhlükəsinin aradan qalxdığını, hüquqi, dövlət quruculuğu prosesinin başlandığını bildiriblər.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri.

Xəbərlər

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib
29/06/2026

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır
29/06/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru
29/06/2026