BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

13/06/2018

Bakı Dövlət Universitetinin Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər. Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişindən sonra filialın direktoru, professor Vüsət Əfəndiyev giriş sözü ilə çıxış edərək 15 iyun -  Milli Qurtuluş Gününün Azərbaycan dövlətininin tarixindəki yeri və əhəmiyyəti barədə danışıb. Bildirib ki, 25 il əvvəl yenicə müstəqillik qazanmış Azərbaycan dövlətindəki idarəolunmaz vəziyyəti, xaos və hərc-mərcliyi görənlər qısa tarixi dövrdən sonra ölkəmizin belə bir yüksəliş dövrünə çata biləcəyini təsəvvür etməzdilər. Ulu öndər Heydər Əliyevin apardığı müdrik, təmkinli və qətiyyətli siyasət nəticəsində ölkəmizdə qısa vaxt ərzində siyasi sabitlik yarandı, müstəqilliyimizin başı üzərini almış təhlükə sovuşdu, onun əbədiliyi, sarsılmazlığı təmin edildi. Xalqın öz rəhbərinə sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə ümidləri daha da gücləndirdi. Ümummilli liderin xilaskarlıq missiyasından danışan V.Əfəndiyev Heydər Əliyevin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu, bu gün ulu öndərin siyasi kursunun onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sonra İctimai və təbiət fənləri kafedrasının müəllimi Zeynəb Mustafayeva “Qurtuluşdan tərəqqiyə-25 il”, həmin kafedranın müəllimi Ülviyyə Bayramova “Qurtuluş gününə aparan yol”, tələbələrdən Zeynəb Ələkbərova “Heydər Əliyevin xilaskarlıq missiyası” mövzularında çıxış edərək bildiriblər ki, ümummilli lider Heydər Əliyev xalqı düşdüyü  bəladan xilas etdi və möhkəm sütunlar üzərində müstəqil Azərbaycan dövlətini qurdu. Qeyd ediblər ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunub.

Elçin İSMAYIL,

BDU Qazax filialında Mətbuat Mərkəzinin rəhbəri

 

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024