BDU-nun Qazax filialında Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü qeyd edilib

03/05/2019

Bakı Dövlət Universitetinin Qazax filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycanın qurucusudur” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda filialın professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində Ulu öndərin büstü önünə gül dəstələri qoyublar.

Heydər Əliyev auditoriyasında keçirilən konfrans Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Elmi-praktik konfransda müəllim və tələbələr məruzə və çıxışlar ediblər. Çıxışçılar müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu öndərin bütün varlığı ilə Vətəninə, xalqına bağlı olmasından, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və müasir Azərbaycan deyəndə onun yada düşməsindən bəhs ediblər.

Çıxışlarda qeyd edilib ki, “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” deyən Ulu öndər Heydər Əliyev ideyaları bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda təhsildə və filialın ictimai həyatında fərqlənən tələbələr Fəxri Fərmanlarla təltif olunublar.


Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri.

Xəbərlər

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi
03/06/2026

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
03/06/2026

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı
03/06/2026