BDU-nun Qazax filialında Məzun Günü

19/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında Məzun Günü keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filialın direktoru Arif Rüstəmov əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, filialın əldə etdiyi nailiyyətlərdən danışıb. Filialı bakalavriat səviyyəsi üzrə 371, magistratura səviyyəsi üzrə isə 8 tələbənin bitirdiyini qeyd edən Arif Rüstəmov məzunların gələcəkdə bacarıqlı mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına əmin olduğunu bildirib.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov çıxışlarında məzunlara uğurlar arzulayıblar. Tələbələrdən Mədinə Mustafayeva məzunlar adından danışaraq onlara bəslənən ümidləri öz əməli işləri ilə doğruldacaqlarını söyləyib, onlara yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirib.

Tədbirdə filialın ictimai-mədəni, kütləvi tədbirlərində, eləcə də təhsildə fərqlənən bir qrup məzuna mükafatlar verilib.

Məzun Günü konsert proqramı ilə davam edib.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026