BDU-nun Qazax filialında “Məzun günü” keçirilib

13/06/2019

Bakı Dövlət Universitetinin Qazax filialında “Məzun Günü” keçirilib. Filialın qarşısında təşkil olunan tədbirdə təhsil ocağının məzunları ilə yanaşı, professor və müəllimlər, tələbələr, valideynlər iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Aparıcılar 2016-cı ildən fəaliyyətə başlayan filialda ilk dəfə “Məzun günü” keçirildiyini bildiriblər. Filialın direktoru dosent Arif Rüstəmov tədbirdə çıxış edərək məzun adını qazanan bütün tələbələri təbrik edib, gənclərə öz tövsiyələrini verib. Bildirib ki, böyük hədəflərə gedən yol məhz, bu gündən başlayır. Çalışın dövlətin maraqlarını hər zaman öz maraqlarınızdan üstün tutun. Bu yolda hər birinizə uğurlar diləyirəm.

Professor Hüseyn Xəlilov, filialın direktor müavini Məmməd Yusifov, müəllimlərdən Mübariz Süleymanov çıxış edərək məzunlara arzu və istəklərini çatdırıblar. Söz alan məzunlar onların bilikli və təcrübəli mütəxəssis kimi yetişmələrində əməyi olan bütün professor və müəllimlərə öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə təhsil sahəsində fərqlənən bir qrup məzuna Fəfri Fərmanlar verilib.

Sonra tədbir tələbələrin təşkil etdikləri bədii proqramla davam edib.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026