BDU-nun Qazax filialında Nanotexnologiya elmi ilə bağlı tədbir keçirilib

25/12/2017

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Nanotexnologiya akademiyası və nanotexnologiya olimpiadası” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialında tədbir keçirilib. Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə filialın müəllim-tələbə kollektivi, mətbuat nümayəndələri iştirak edib. Layihə rəhbəri Aytək Məmmədli tədbiri giriş sözü ilə açaraq ölkə başçısı İlham Əliyevin elm və texnologiyanın inkişafına göstərdiyi qayğıdan, yüksək texnologiyalarla bağlı sərəncamlardan, ondan irəli gələn məsələlərin icrası və mərhələli inkişafından danışıb, Fondun gördüyü sosial işlər, qrant və fərdi layihələr haqqında ətraflı söz açıb. Aytək Məmmədli bildirib ki, nanotexnologiya elminin öyrədilməsi üçün belə maarifləndirici tədbirlərin keçirilməsi vacibdir. O, tədbir iştirakçılarını nanotexnologiya elminin tarixi haqqında məlumatlandırıb, nanotexnologiyanın-atomlar sənəti olmasını və daha kiçik molekullarla işləməyə imkan verdiyini qeyd edib. Bildirib ki, nanotexnologiya elmi gəlir gətirən sahədir. Elə buna görə də müxtəlif sahələrə - əsasən kimya, biologiya, riyaziyyat, kompyuter elmləri, tibb, əczaçılıq, müdafiə sənayesinə, fizika kimi sahələrə tətbiq olunur. 
Sonda Aytək Məmmədli tələbələri maraqlandıran sualları cavablandırıb. Layihədə fəal iştirak edən bir qrup tələbəyə sertifikatlar və qiymətli hədiyyələr təqdim edilib.

Elçin İSMAYIl,

Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat Xidmətinin rəhbəri

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026