BDU-nun Qazax filialında Novruz bayaramı qeyd olunub

14/03/2019

Bakı Dövlət Universitetinin Qazax filialında milli bayramımız olan Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.

Filialın direktoru dosent Arif Rüstəmov təbrik nitqi ilə çıxış edərək müəllim və tələbələri Novruz bayramı münasibətilə təbrik edib. Prezident İlham Əliyevin son aylar imzaladığı Sərəncam və Fərmanların, ölkə əhalisinə göstərdiyi diqqət və qayğının gənclər tərəfindən də yüksək qiymətləndirildiyini və minnətdarlıq hissi ilə qarşılandığını diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram şənliyində çıxış edərək Azərbaycan xalqını, o cümlədən, filialın müəllim və tələbə kollektivini Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını bildirib.  Qeyd edib ki, respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğı onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır, gənclərdə öz uğurlu sabahına daha böyük inam yaradır.

Novruz şənliyində tələbələr rəngarəng konsert proqramı ilə çıxış ediblər. Bayram şənliyində şən-şux musiqi sədaları altında pəhləvanların, müəllim və tələbələrin hazırladıqları müxtəlif idman nömrələri və rəngarəng əyləncəli səhnəciklər, əl işləri, milli təamlar nümayiş etdirilib, bahara həsr olunmuş mahnılar ifa olunub. Bayram şənliyi novruz tonqalının yandıırılması ilə başa çatıb.

Elçin İsmayıl,

BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026