BDU-nun Qazax filialında payız imtahan sessiyasının yekunları müzakirə olunub

11/02/2019

Bakı Dövlət Universitetinin Qazax filialında 2018-2019-cu tədris ilinin payız imtahan sessiyasının yekunlarına  həsr olunmuş yığıncaq keçirilib. Filialın direktoru vəzifəsini icra edən, filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov tədbirdə çıxış edərək payız imtahan sessiyasının yekunları barədə ətraflı məlumat verib. Qeyd edib ki, filialda imtahanların şəffaf və obyektiv keçirilməsi üçün əvvəlcədən müvafiq tədbirlər həyata keçirilib.İmtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə filialda Qərargah yaradılıb və onun nəzdində  «Qaynar xətt» fəaliyyət göstərib. BDU-nun Qazax filialında 17 ixtisas üzrə 41 qrupda imtahan keçirilib. Sessiyada 1022 tələbə iştirak edib. İmtahanların yoxlanılması prosesinə 50-ə qədər müəllim cəlb olunub, koordinatorlar ayrılıb.

Görülmüş işlərin nəticəsidir ki, yanvar ayının 3-dən 31-dək şəffaf şəraitdə keçirilən semestr imtahanlarında heç bir qayda pozulması hallarına təsadüf olunmayıb, tələbələrin biliklərinin qiymətləndirilməsində obyektivlik təmin olunub. İmtahanların son nəticələrinin ötən dövrlə müqayisədə daha yüksək olduğu qeyd edilib.

İclacda görüləcək işlər də müzakirə olunub. Dekan əvəzi Hamlet İlyasov çıxış edərək növbəti tədris semestrinə, M.Məmmədova isə pedaqoji təcrübənin təşkili və keçirilməsinə hazırlığın vəziyyətləri barədə məlumat veriblər.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialında mətbuat xidmətinin rəhbəri.


Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026