BDU-nun Qazax filialında Respublika günü qeyd olunub

27/05/2019

Bakı Dövlət Universitetinin Qazax filialında 28 may-Respublika gününə həsr olunmuş tədbir keçirilib. Filialın direktor müavini dosent Məmməd Yusifov  tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış AXC milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

İctimai və təbiət fənləri kafedrasının müəllimi Tərlan Bədəlova məruzə ilə çıxış edərək bildirib ki, AXC dövlət quruculuğu sahəsində böyük işlər görmüş, Azərbaycan dilinin dövlət dili elan olunması, Milli Ordunun yaradılması haqqında qanunlar qəbul etmişdir.

Filialın müəllimi Mübariz Süleymanov, tələbələrlə iş və içtimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, tələbələrdən Səbinə Camalova, Nurlan Quliyev, Nərmin Əzizli çıxış edərək AXC-nin respublikanın  dövlətçilik tarixindəki əhəmiyyətindən söz açıblar.

Tədbirin sonunda YAP-a daxil olmuş bir qrup tələbəyə üzvlük vəsiqələri təqdim olunub.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri


Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026