BDU-nun Qazax filialında silsilə tədbirlər keçirilib

01/05/2019

Bakı Dövlət Universitetinin Qazax filialında hüquqi məzmunlu tədbirlər keçirilib. Heydər Əliyev auditoriyasında keçirilən tədbirlərdə filialın professor və müəllim heyəti, tələbələr iştirak ediblər.

Filialın direktoru dosent Arif Rüstəmov gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılmasının vacibliyindən danışıb, hüquqi mövzuda keçirilən bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkillərindən polis kapitanları Söhrab Orucov və İlham Rəhimovun iştirakı ilə keçirilən tədbirdə insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə işinin təşkil olunmasının vacibliyindən danışılıb. Çıxışlarda qeyd olunub ki, insan alverinə qarşı mübarizə cəmiyyətin bütün fərdlərinin problemidir və  maarifləndirmənin köməyi ilə həm məişət zorakılığı, həm də insan alveri ilə mübarizə aparmaq olar. Tədbir iştirakçılarına insanların cinayətkarlar tərəfindən insan alverinə cəlb edilmələri haqqında geniş məlumat verilib, bu bəladan qorunma yolları izah edilib.

Narkomaniya ilə mübarizə, erkən evlilik sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biridir.

Bu mövzuda keçirilən növbəti tədbirdə Rayon Polis şöbəsinin rəisi polkovnik Ədalət Əliyev “Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi, dini radikalizmə qarşı mübarizə və erkən nigah hallarının qarşısının alınması” mövzusunda çıxış edərək bu cür hallara qarşı mübarizənin dövlətin əsas prioritet məsələlərindən biri olduğunu bildirib.

Tədbirdə qeyd edilib ki, əsrimizin bəlası olan narkomaniyaya, dini radikalizmə və erkən nigaha qarşı ölkəmizdə, eləcə də Qazax rayonunda ciddi və barışmaz mübarizə məqsədlə həm hüquqi tədbirlər görülür, həm də əhali arasında, xüsusilə yeniyetmələr arasında təbliğat və maarifləndirici işlər həyata keçirilir.

Sonda müzakirələr aparılıb,iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Elçin İsmayıl,

BDU-nun Qazax filialının mətbuat xidmətinin rəhbəri

Xəbərlər

BDU-da “Asılılıqdan azadlığa” mövzusunda elmi-praktik seminar

BDU-da “Asılılıqdan azadlığa” mövzusunda elmi-praktik seminar
22/06/2026

BDU-nun gənc tədqiqatçısı  Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır

BDU-nun gənc tədqiqatçısı  Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır
22/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb
19/06/2026