BDU-nun Qazax filialında Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

12/04/2019

Bakı Dövlət Universiteteinin Qazax filialında fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib. Heydər Əliyev auditoriyasında keçirilən konfransda filialın professor-müəllim heyəti, elmi cəmiyyətin üzvü olan tələbələr iştirak edib.

Filialın direktoru dosent Arif Rüstəmov girş sözü ilə çıxış edərək Tələbə Elmi Cəmiyyətinin fəaliyyətindən danışıb. Qeyd edib ki, elmi cəmiyyət tələbələrə gələcəkdə elmi işlərlə məşğul olmaqları üçün ilkin mərhələdir. Burada elmi yaradıcılığa maraq göstərən tələbələr təhsil almaqla yanaşı, öz biliklərini daha da artırır, elmi işlərlə məşğul olurlar.

Tələbə Elmi Cəmiyyətinin sədri Səbinə Camalova, tələbələrdən Elnur Gülməmmədli və başqaları söz alaraq elmi yaradıcılıqla məşğul olmaq üçün filialda hər cür şərait yaradıldığını qeyd edib, bunun üçün rəhbərliyə minnətdarlıqlarını bildiriblər.

Elçin İsmayıl,

Qazax filialının Mətbuat Xidmətinin rəhbəri.


Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026