BDU-nun Qazax filialında Ulu ÖndərHeydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib. Konfransda filialın professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə filialın foyesində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
A.Rüstəmov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan, müstəqilliyimizin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir və daha da möhkəmlənib.
Dil-ədəbiyyat və onların tədrisi kafedrasının baş müəllimi Heyran Vəkilova məruzə ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə var-qüvvəsini və bacarığını ölkənin yüksəlişinə həsr etməsindən, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmasından söz açıb. Qeyd edib ki, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində ölkədə vətəndaş müharibəsi dayandırılıb, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyulub və atəşkəs əldə olunub. Qısa bir zamanda Ulu Öndərin rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edilib.
Filialın dil-ədəbiyyat və onların tədrisi kafedrasının baş müəllimi Hikmət Yusifov, müəllim Türkan Məmmədova, dil-ədəbiyyat fakültəsinin II kurs tələbəsi Qənirə Musayeva, sosial iş fakültəsinin II kurs tələbəsi Musa Paşayev çıxış edərək Ümummilli Liderin dövlət və xalq qarşısındakı tarixi xidmətlərindən söz açıb, müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin şah əsəri olduğunu qeyd ediblər.
Elçin İSMAYIL,
BDU-nun Qazax filalının Mətbuat Mərkəzinin rəhbəri.