BDU-nun Qazax filialında Xocalı soyqırımının qurbanları yad edilib

25/02/2020

Bakı Dövlət Universitetinin Qazax filialında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Mərasim tədbir iştirakçılarının filialın foyesindəki “Xocalı soyqırımı-1992” başlıqlı foto-stendə baxması ilə başlayıb.

Filialın akt zalında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və soyqırım dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov, ictimai fənlər kafedrasının müəllimi Mübariz Süleymanov, filialın müəllimi Ülviyyə Bayramova, tələbələr çıxış edərək Azərbaycanın üzləşdiyi işğal və etnik təmizləmə siyasətindən danışıblar,  Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu qeyd ediblər.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026