BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

08/07/2022

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb.

Sessiya ərzində 17 ixtisas üzrə 54 qrupda imtahanlar keçirilib. Bakalavriat səviyyəsində əyani və qiyabi şöbələr üzrə 1245, magistratura pilləsi üzrə isə 11 nəfər tələbə imtahanlarda iştirak edib. Sessiya zamanı əyani şöbə üzrə gün ərzində 2 növbədə olmaqla ümumilikdə 314 imtahan keçirilib. İmtahan nəticələri tələbələrə həmin gün elan olunub.

Filialda imtahanların şəffaf və obyektiv keçirilməsi üçün bütün şərait yaradılıb. İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə İmtahan Qərargahı və “Qaynar xətt” fəaliyyət göstərib.

Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026