BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

16/07/2020

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb. Pandemiya dövrünün tələblərinə uyğun olaraq onlayn formada keçirilən imtahanlar zamanı tələbələrin çətinliklərlə üzləşməmələri üçün əvvəlcədən bütün texniki tədbirlər yüksək səviyyədə təşkil edilib.

İyunun 16-dan start götürüb 10 iyulda başa çatan imtahanlarda 1223 nəfər (onlardan 1099-u əyani, 124-ü qiyabi, magistratura əyani şöbə 2 nəfər olmaqla) tələbə iştirak edib. Tələbələr 19 ixtisas üzrə 61 qrupda imtahan veriblər. Semestr ərzində ümumilikdə 333 imtahan keçirilib.

Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik tam şəkildə təmin edilməsi məqsədilə bütün imtahan prosesi filialın rəhbərliyi, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026