BDU-nun Qazax filialında yaz imtahan sessiyasına start verilib

16/06/2020

Bu gün BDU-nun Qazax filialında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn formada start götürüb. İmtahanların birinci günündə bakalavriat pilləsində təhsil alan 29 qrup üzrə 534 tələbə onlayn qaydada, şifahi formada biliklərini sınayıblar.

Onlayn imtahanlar zamanı tələbələrin çətinliklərlə üzləşməmələri üçün əvvəlcədən bütün texniki tədbirlər yüksək səviyyədə təşkil edilib. BDU Elmi Şurasının qərarı ilə BDU-da olduğu kimi, Qazax filialında da  karantin dövrünün spesifikliyi nəzərə alınaraq fənlər üzrə tərtib edilmiş imtahan sualları məzmun və əhatəlilik prinsipi qorunmaqla azaldılaraq sadələşdirilib.

Filialda onlayn imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, ictimaiyyət nümayəndələrinin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə Qərargah və onlayn Apellyasiya Komissiyası yaradılıb.

Sessiya iyul ayının 10-dək davam edəcək.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026