BDU-nun Qazax filialında yaz imtahan sessiyasında 1746 tələbə iştirak edir

05/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.

Bakalavriat səviyyəsində 17 ixtisas üzrə 1735, magistratura səviyyəsində 7 ixtisaslaşma üzrə 11 tələbə imtahanlarda iştirak edir.

Yaz imtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb, nəzarətçi müəllim-koordinatorların siyahısı təsdiq olunub, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradılıb. İmtahanların nəticələri imtahan keçirilən gün tələbələrə elan olunur.

İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah və Apelyasiya Komissiyası formalaşdırılıb. Filialda “Qaynar xətt” də fəaliyyət göstərir.

Sessiya iyulun 5-dək davam edəcək.

Xəbərlər

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
19/11/2026

M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
19/11/2026

BDU-nun dosenti Nərman Süleymanov vəfat edib

BDU-nun dosenti Nərman Süleymanov vəfat edib
19/11/2026