BDU-nun Qazax filialında yeni tədris ilinə hazırlıq müzakirə olunub

20/09/2021

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2021-2022-ci tədris ilinə hazırlıq, tədrisin keyfiyyətinin artırılması, xüsusi karantin rejimi dövründə tədrisin təşkili istiqamətində görülən işlər barədə görüş keçirilib. Görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, filialın direktoru Arif Rüstəmov, struktur bölmələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Görüşdə yeni tədris ilində kafedraların dərs yükləri, professor-müəllim heyəti və tələbələrin vaksinasiyası prosesi, həmçinin 1-ci kursa qəbulun vəziyyəti, tələbələrin tədris və istehsalat təcrübələrinin təşkili və s. məsələlər müzakirə olunub. Fərda İmanov Universitetdə BDU-da həyata keçirilən islahatlar, yeni açılmış ixtisaslar, xarici universitetlərlə həyata keçirilən əməkdaşlıq haqqında məlumat vermişdir. Arif Rüstəmov filialda professor-müəllim heyəti və tələbələr üçün yaradılmış şərait, cari təmir işlərinin vəziyyəti haqqında məlumat vermişdir.

Filialda yeni tədris ilində tədrisin keyfiyyətinin artırılması məqsədilə yeni tədris proqramlarının, tədris vəsaitlərinin hazırlanması, beynəlxalq əlaqələrin qurulması, BDU alimlərinin iştirakı ilə elmi seminarların, konfransların, açıq dərslərin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na müvafiq olaraq filialda zəruri dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər görülmüşdür. Yeni tədris ilinə hazırlıq işləri yekunlaşdırılmış, dərs otaqları, kitabxana, dəhlizlər, sanitar qovşaqlar və s. dezinfeksiya olunmuşdur.

Xəbərlər

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir
19/08/2025

BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş

BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş
19/08/2025

Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır

Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır
18/08/2025