BDU-nun Qazax filialının tələbələri Gəncə Uşaq Evində olublar

20/12/2019

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının tələbələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində Gəncə Uşaq Evinə baş çəkib, burada təlim-tərbiyə alan uşaqlarla görüşüblər. Əsas vəzifəsi kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlara təhsil və təlim-tərbiyə verməkdən, cəmiyyətə şüurlu, fəal, fədakar gənclər yetişdirməkdən ibarət olan müəssisədə 3-18 yaş arası 67 uşaq yaşayır. 1997-ci ildən fəaliyyət göstərən Gəncə Uşaq Evi 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropa standartlarına uyğun təmir olunub. İkimərtəbəli binada yataq otağı, psixoloq, həkim, kompüter, əmək və istirahət otaqları, mətbəx və yeməkxana, akt və böyük idman zalları var.

Tələbələr uşaq evindəki şəraitlə tanış olduqdan sonra müəssisənin azyaşlı sakinləri ilə görüşüblər. Balacalarla səmimi söhbət edən gənclər onların uşaq evindəki yaşayışı, təhsili ilə maraqlanıblar. Tələbələrlə səmimi söhbət edən uşaqlar istək və arzuları ilə bölüşüb, oxuduqları kitablardan, maraq göstərdikləri oyunlardan, sevdikləri əyləncələrdən danışıblar. Uşaqları böyük maraqla dinləyən tələbələr onlara yaxşı oxumağı tövsiyə edib, bilikli və savadlı olmaq üçün təhsillərinə diqqətlə yanaşmalarının əhəmiyyətini vurğulayıblar.

Sonra uşaq evinin akt zalında tələbələr uşaqların qarşısında əyləncəli proqramla çıxış ediblər. Şaxta baba və Qar qız uşaqları salamladıqdan sonra körpələrə kiçik səhnəciklər göstərilib. Musiqi sədaları altında tələbələr uşaqlarla rəqs edib, onları əyləndiriblər. Sonda  tələbələr uşaqlara bayram hədiyyələri veriblər.


Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024