BDU-nun Qazax filialının tələbələri müsabiqədə fərqləniblər
01/06/2017
Bakı Dövlət Universitetinin Qazax filialında yazı müsabiqəsi keçirilib. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi tərəfindən keçirilən müsabiqədə tələbələr fəal iştirak edib. “Qarabağda girov götürülmüş azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” layihəsi çərçivəsində keçirilən yazı müsabiqəsinə qatılan 60 tələbədən 3 nəfəri fərqlənib. Müsabiqədə ilk üç yeri tutan tələbələr diplom, Xocalı soyqırımına aid disk və kitablarla mükafatlandırılıb. Eyni zamanda 10 nəfər tələbəyə fərqlənmə diplomları verilib.
Diplomları Birliyin sədri Radə Abbas təqdim edib.
Elçin İSMAYIL,
BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri
Xəbərlər
Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
