BDU-nun Qazax filialının tələbələri olimpiada qalibi olublar

15/11/2019

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının İcra Hakimiyyətlərinin dəstəyi ilə həmin rayonlardakı məktəblilər və tələbələr arasında 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş "Hüquqi dövlətin əsasları” adlı olimpiada keçirilib. Olimpiada gənclər arasında hüquqi mədəniyyətin və biliklərin inkişafı, Azərbaycan Respublikası Konstitusiyasının əsasları və mahiyyətinin daha dərindən öyrənilməsi məqsədilə təşkil olunub.

Orta və ali təhsil müəssisələrində keçirilmiş olimpiadada şagirdlərə və tələbələrə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub. Bakı Dövlət Universitetinin Qazax filialında keçirilən olimpiadanın növbəti mərhələsində filialın tələbələri fəal iştirak edərək öz biliklərini nümayiş etdiriblər.

Bayraq günü ərəfəsində Şəmkir rayonunda olimpiada qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Konstitusiya Məhkəməsinin Konstitusiya Hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova bütün qalibləri təbrik edərək gələcək işlərində uğurlar arzulayıb.

BDU-nun Qazax filialının tələbələrdən Kamil Müvəssəqi, Nərmin Qurbanlı, Şaban Niftalıyev və Hətəm Carçılı göstərdikləri nəticələrə görə öz tələbə yoldaşlarından fərqlənərək olimpiadanın qalibi adını qazanıblar. Qaliblərə diplomlar, kuboklar və içərisində müxtəlif ləvazimatlar olan çantalar təqdim olunub.

Filialda olimpiadada qalib olan tələbələrlə görüş keçirilib. Heydər Əliyev auditoriyasında keçirilən görüşü filialın direktoru Arif Rüstəmov açaraq tələblərin bilik yarışında qazandıqları qələbədən danışıb, ictimai işlərdə, bilik və idman yarışlarında, yaradıcılıqda və elmi axtarışlarda fərqlənən tələbələrə filialın rəhbərliyi tərəfindən daima diqqət göstərildiyini və bu qayğının artan templə davam etdiriləcəyini bildirib. Tədbirdə söz alan tələbələr olimpiadanın yüksək səviyyədə keçirilməsinə, onlara göstərilən diqqət və qayğıya görə bilik yarışının təşkilatçılarına, filialın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda A.Rüstəmov olimpiada qaliblərini Fəxri Fərmanlarla təltif edib.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri


Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026