BDU-nun Əqli mülkiyyət hüququ kafedrasının Əqli Mülkiyyət Agentliyində filialı yaradılıb

08/07/2022

BDU-nun Əqli mülkiyyət hüququ kafedrasının Əqli Mülkiyyət Agentliyində filialı yaradılıb. Bu, Əqli Mülkiyyət Agentliyi və Bakı Dövlət Universiteti arasında bu gün imzalanan müqavilədə öz əksini tapıb. Müqaviləni Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və BDU-nun rektoru Elçin Babayev imzalayıblar.
BDU-nun Əqli mülkiyyət hüququ kafedrasının Əqli Mülkiyyət Agentliyində filialının yaradılmasında məqsəd Universitetdə tədris prosesinin elmi təcrübə ilə əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, əqli mülkiyyət hüququ elmi sahəsində yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması, Universitet və Agentlik arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsidir.
Filial Universitetin Əqli mülkiyyət hüququ kafedrasının Agentliyin nəzdində fəaliyyət göstərən elmi-tədris bölməsidir. Filialın ştatları kafedranın ştatda olan professor-müəllim heyəti və Agentliyin aparıcı mütəxəssisləri sırasından seçilərək formalaşdırılır. Agentlikdə filialın fəaliyyəti üçün hər cür şərait - smart siniflər, treninq mərkəzləri, zəngin elmi-metodik və tədris bazası mövcuddur.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026