BDU-nun Quba Tədris-təcrübə və istirahət Mərkəzində ağacəkmə aksiyası

01/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Quba Tədris-təcrübə və istirahət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Universitet rəhbərliyi və tələbələr iştirak ediblər.

Ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərə dəstək olaraq baş tutan ağacəkmə kampaniyasında Mərkəzin ərazisində 100-dək ağac əkilib.

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026