Rektor Moskvada səfərdə olub

29/11/2011

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Rusiyanın təhsil və elm sahəsinin təməlini qoyan, Moskva Dövlət Universitetinin təsisçisi M.V.Lomonosovun 300 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Moskvada səfərdə olub. Rektor, eyni zamanda, M.V.Lomonosovun yubileyi çərçivəsində Moskvada keçirilən Avrasiya Universitetləri Assosiasiyanın  XII qurultayında da iştirak edib.

Qurultayın plenar toplantısında çıxış edən akademik Abel Məhərrəmov Avrasiya Universitetləri Assosiasiyası çərçivəsində aparılan fəaliyyətin üzv dövlətlər arasında elm və təhsil sahələrində əməkdaşlığın genişlənməsinə təkan verdiyini qeyd edərək deyib ki, Mixail Lomonosov yalnız elmin inkişafına əvəzsiz töhfə verən görkəmli alim deyil, o həm də təhsil və elm sahəsinin böyük təşkilatçısı idi. Lomonosov bəşəriyyətin inkişafı və tərəqqisini məhz elm və təhsil birliyində görürdü. Postsovet məkanında yüzdən çox ali məktəbi birləşdirən Avrasiya Universitetləri Assosiasiyası bu gün məhz bu məqsədlərə xidmət göstərir. Bu Assosiasiyanın yaradılması Sovet İttifaqının dağılmasından sonra formalaşan müstəqil dövlətlərin arasında əlaqələrin itməməsinə böyük töhfə verib. Avrasiya Universitetləri Assosiasiyasının sayəsində biz əlaqələr yaradaraq səmərəli şəkildə əməkdaşlıq edirik.

Qurultayda cari məsələlərlə yanaşı, Avrasiya Universitetləri Assosiasiyasının yeni prezidentinin seçilməsi məsələsi də müzakirə edilib. Bu məsələ ilə əlaqədar çıxış edən akademik Abel Məhərrəmov bildirib ki, Assosiasiyanın üzvləri arasında əlaqələrin hazırkı yüksək səviyyəsi Moskva Dövlət Universitetinin rektoru, qurumun prezidenti akademik Viktor Sadovniçinin adı ilə bağlıdır. O, bütün varlığı ilə Avrasiya məkanında yerləşən universitetlər arasındakı əlaqələri genişləndirməyə və gücləndirməyə, onların beynəlxalq arenada layiqincə təmsil olunmasına səy göstərib. Sonra akademik Viktor Sadovniçinin namizədliyi irəli sürülüb və o, yekdilliklə Avrasiya Universitetləri Assosiasiyasına növbəti müddətə yenidən prezident seçilib.

M.V.Lomonosovun 300 illik yubileyi çərçivəsində BDU-nun rektoru, akademik Abel Məhərrəmov Avrasiya Əməkdaşlığının inkişafı və möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Avrasiya Universitetləri Assosiasiyanın prezidenti, akademik V.A.Sadovniçi tərəfindən Fəxri Fərmanla təltif olunub.


Mətbuat və İnformasiya Şöbəsi, 29 noyabr 2011-ci il

 

 

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024