BDU-nun rektoru, akademik Abel Məhərrəmovun Səudiyyə Ərəbistanına səfəri

25/01/2010

15-18 yanvar 2010-cu il tarixlərində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, BDU-nun professoru Vaqif Əhmədov Səudiyyə Ərəbistanına səfər etmişlər. Səfər çərçivəsində Ər-Riyad şəhəri Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzində adıçəkilən qurumun vitse-prezidenti Dr. Turki Saud Muhammad Əl-Saud ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov tərəfindən qarşılıqlı elmi əməkdaşlıq, aşağıda qeyd olunan elmi layihələrin həyata keçirilməsi üçün Qrant Sazişləri imzalanmışdır:

1. Nanotexologiyanın neft hasilatında istifadəsi

2. Müxtəlif çirklənmiş suların ağır metallarda neftdən və neft məhsullarından təmizlənməsi üçün polifunksional nanoölçülü polimer adsorbentlərin sintezi.

İki il müddətinə imzalanmış bu sazişlərin ümumi dəyəri  1.041 milyon ABŞ dolları məbləğindədir. Qrant sazişləri üzrə ayrılan vəsait hesabına BDU-nun tədris və eımi-tədqiqat laboratoriyaları müasir fiziki-kimya cihazları ilə təmin ediləcəkdir. Bu cihazların tətbiqi tədris prosesinə və elmi araşdırmaların yüksək səviyyədə aparılmasına xidmət edəcəkdir. Ucuz və rəqabətə malik texnologiyaların işlənib hazırlanması, eyni zamanda, onların gələcəkdə sənayedə tətbiqi maraq dairəsindədir. Layihələrin nəticələri neft emalı, həm də sement, boyaq maddələri, üzvi və qeyri-üzvi birləşmələrin istehsal müəssisələrində tətbiq oluna bilər. Bir çox ekoloji və su biznesi şirkətləri layihələrin nəticələrində maraqlı ola bilər.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026