BDU-nun rektoru Almaniya DAAD təqaüd proqramının regional direktoru ilə görüşüb

17/02/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Alman Akademik Mübadilə Xidmətinin (DAAD) regional direktoru Gebhard Reulla görüşüb.

Rektor Elçin Babayev Azərbaycan və Almaniya universitetləri arasında tələbə və professor-müəllim mübadiləsinin, birgə elmi-tədqiqat proqram və layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. BDU ilə Almaniyanın müxtəlif universitetlərinin sosial, humanitar, dəqiq və təbiət elmləri sahəsində ikili diplom proqramları əsasında kadr hazırlığı aparılmasının ölkələrimiz arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə xidmət edəcəyi qeyd olunub. Rektor, elmin prioritet istiqamətləri üzrə qısamüddətli və uzunmüddətli qarşılıqlı elmi ezamiyyətlərin, birgə yay və qış məktəblərinin təşkil olunmasını da təklif edib.

DAAD-ın regional direktoru Gebhard Reul isə BDU-nun tələbə və gənc tədqiqatçıları  üçün Almaniya universitetlərində müvafiq proqramlar üzrə təhsil almaq, araşdırmalar aparmaq, universitetin professor-müəllim heyəti və elmi işçilərinə əməkdaşlıq əlaqələrinin qurulmasına kömək məqsədilə seminarların keçiriləcəyini bildirib. O, eyni zamanda qeyd edib ki, DAAD mütəxəssisləri tərəfindən BDU tələbələri və müəllimləri üçün alman dilinin öyrənilməsi və mükəmməlləşdirilməsi xidməti də göstərilə bilər.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026