BDU-nun rektoru Azərbaycanın Belarusdakı səfiri ilə görüşüb

17/08/2021

Bu gün Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun rektoru Elçin Babayevin ölkəmizin Belarus Respublikasındakı səfiri Ülvi Baxşəliyevlə görüşündə Azərbaycan və Belarus arasında qarşılıqlı əlaqələrdən söz açılıb, hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.

Rektor ölkəmizin ən böyük ali təhsil müəssisəsi olan BDU-nun dünyanın bir sıra tanınmış universitetləri ilə sıx əməkdaşlıq etdiyi, qarşılıqlı təcrübə mübadiləsi apardığı haqqında məlumat verib, hazırda BDU-nun dünyanın 7 qabaqcıl ali təhsil müəssisəsi ilə ikili diplom proqramları üzrə birgə kadr hazırlığını həyata keçirdiyini qeyd edib. Belarus universitetləri ilə də qarşılıqlı təcrübə mübadiləsi aparılması, birgə elmi tədbirlərin keçirilməsi, elmi-tədqiqat işlərinin aparılması və s. istiqamətində işlər nəzərdə tutulub.

Səfir Ülvi Baxşəliyev Azərbaycan və Belarus arasında mədəni, elmi və təhsil əlaqələrinin zəngin tarixinin olduğunu bildirərək, gələcəkdə bu əlaqələrin inkişaf etdirilməsi üçün bütün imkanların olduğunu və səfirliyimizin bu məsələlərdə yardımçı olacağını qeyd edib.

 

Xəbərlər

BDU və Pekin Kimya Texnologiyası Universiteti “Kimya” ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalayıb

BDU və Pekin Kimya Texnologiyası Universiteti “Kimya” ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalayıb
21/04/2026

“Yüksəliş” müsabiqəsinin finalçısı olan BDU müəllimi qərarvermənin psixoloji aspektlərinə dair təlim keçib

“Yüksəliş” müsabiqəsinin finalçısı olan BDU müəllimi qərarvermənin psixoloji aspektlərinə dair təlim keçib
21/04/2026

“Bayraktar Teknologiya Azərbaycan” tələbələr üçün yay təcrübə proqramı elan edir

“Bayraktar Teknologiya Azərbaycan” tələbələr üçün yay təcrübə proqramı elan edir
21/04/2026