BDU-nun rektoru “BDU könüllüləri” ilə görüşüb

17/07/2021

2021-ci il 17 iyul tarixində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Universitetin ictimai həyatında fəal iştirak edən bir qrup könüllü tələbə ilə görüşüb.

Rektor görüşdə ölkəmizdə uğurla həyata keçirilən könüllülük hərəkatı, könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində rolu haqqında söhbət açıb. Universitetdə gənclərin potensialından daha səmərəli istifadə etmək, gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin təşviqi, sosial sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların universitetdə işlə təmin olunması məsələsində önəmli rol oynadığını bildirib. Rektor “BDU könüllüləri”nin Universitetin ictimai həyatında fəal iştirak etdiyini xüsusi vurğulayaraq BDU-nun struktur bölmələrində və fakültələrində çalışan könüllü tələbələrin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Xüsusi fəallığı ilə seçilən tələbə könüllülərə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, “BDU könüllüləri” qrupu 2020-ci ildə yaradılıb. Az bir müddətdə  qrup öz sıralarında 500-dən artıq fəal tələbəni birləşdirib. Hazırda 45 nəfər tələbə Universitetin  struktur bölmələrinin və fakültələrin fəaliyyətinə könüllü kimi cəlb olunub.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026