BDU-nun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

28/07/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb.
Görüşdə çıxış edən BDU-nun rektoru Elçin Babayev 2021-2022-ci tədris ilində Universitetdə tədris və elm istiqamətində həyata keçirilən işlər, yeniliklər, yay imtahan sessiyasının yekunları barədə məlumat verib.
Bildirib ki, hazırda Universitetdə tədris tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində müasir, innovativ təlim texnologiyaları əsasında qurulur, elmi-tədqiqat işlərinin məzmunu günün tələblərinə uyğun şəkildə yenilənir, beynəlxalq akademik əlaqələr və ölkədaxili əməkdaşlıq daha da inkişaf etdirilir, struktur islahatları həyata keçirilir, gənc kadrlar irəli çəkilir. Dünyanın bir sıra aparıcı universitetləri ilə birgə ikili diplom proqramları həyata keçirilir.
Görüşdə BDU-nun qarşısında duran vəzifələrin səmərəli icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
İctimai Nəzarət Şurasının sədri, millət vəkili Arzu Nağıyev və şuranın üzvləri - millət vəkili  Əminə Ağazadə, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə BDU-da tədris prosesinin, elmi fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərini bölüşüblər.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026