BDU-nun rektoru Elçin Babayev Çex Respublikasının səfiri Milan Ekertlə görüşüb

13/06/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çex Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekertlə görüşüb.

Rektor Elçin Babayev səfiri BDU-da görməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, BDU-nun Çex Respublikasının ali təhsil müəssisələri ilə müxtəlif istiqamətli əməkdaşlığı mövcuddur. BDU-nun Çex Respublikasının Palaski Universiteti, Praqa Texniki Universiteti, Karlov Univeristeti, Cənubi Bohemia Universiteti ilə müxtəlif illərdə müqavilələr imzaladığını xatırladan Elçin Babayev həmin universitetlərlə magistratura və doktorantura təhsil səviyyələri üzrə mübadilə və ikili diplom proqramları, birgə müsabiqələr, kadr hazırlığı, elmi-tədqiqat layihələri, elmi simpozium, seminar, konfrans, ixtisasartırma kursları və tədris planlarının təşkili istiqamətlərində əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Səfir görüşə görə təşəkkürünü bildirib və qarşıdakı illərdə iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb.

Görüşdə BDU və Çex Respublikasının ali məktəbləri arasında elmi-təşkilati əlaqələrin daha da dərinləşməsi məsələləri müzakirə olunub.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026