BDU-nun rektoru Elçin Babayev Türkiyənin Uşak Universitetinin rektoru ilə görüşüb

01/07/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyə Respublikasının Uşak Universitetinin rektoru Ekrem Savaşla görüşüb.

Rektor Elçin Babayev qonağa BDU-nun tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Azərbaycanın ən qədim və böyük universitetidir. Universitetdə hazırda 16 fakültə, 120 kafedrada ali təhsilin bütün səviyyələrində 25000-ə yaxın tələbə təhsil alır, 3000-ə qədər əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. BDU “Times Higher Education” nüfuzlu beynəlxalq reytinq siyahısında yer alan ilk Azərbaycan ali məktəbidir və əsas elm, təhsil reytinqlərində ölkə üzrə liderliyini qoruyub saxlayır.

Elçin Babayev qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın və ikili diplom proqramlarının qəbulunun da BDU üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Uşak Universitetinin rektoru Ekrem Savaş da rəhbərlik etdiyi universitet barədə ətraflı məlumat verib, BDU ilə elmin müxtəlif sahələri üzrə əməkdaşlığa hazır olduğunu qeyd edib. O bildirib ki, 2006-cı ildən fəaliyyət göstərən Uşak Universitetinin 14 fakültəsi, 11 peşə məktəbi, 26 mindən çox tələbəsi var.

Görüşdə BDU və Uşak Universiteti arasında əlaqələrin perspektivləri,  ikili diplom proqramlarının qəbulu, birgə tədqiqatların aparılması, ortaq konfrans və simpoziumların keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
30/07/2025

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
30/07/2025

BDU-nun 866 bakalavr və magistri yay semestri dərslərində iştirak edir

BDU-nun 866 bakalavr və magistri yay semestri dərslərində iştirak edir
30/07/2025