BDU-nun rektoru şəhid məzun Şamil Nəcəfovun diplomunu ailəsinə təqdim edib

10/06/2021

Bakı Dövlət Universiteti (BDU) Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutur, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərir, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirir.

BDU-nun rektoru Elçin Babayev və Universitetin əməkdaşları Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Şamil Nəcəfovun ailəsini ziyarət edib.  Elçin Babayev BDU kollektivinin Şamilin xatirəsinin daim əziz tutulduğunu vurğulayıb, onun Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildirib. Sonra Şəhidin ali təhsil haqqında diplomunu anasına təqdim edib.

Şəhidin valideynləri Şamil haqqında xatirələrini bölüşüb, onun Vətənə laqyiq övlad kimi böyütdükləri üçün fəxr etdiklərini bildiriblər.

Daha sonra rektor Elçin Babayev və Universitet əməkdaşları Şəhid Şamil Nəcəfovun məzarını ziyarət ediblər.

Qeyd edək ki, Vətən Müharibənin ilk günlərində düşmənlə döyüşə atılan Şamil Nəcəfov 2020-ci ilin oktyabr ayının 1-də Murov istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.


Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026